Mayls Keyn

Mayls Keyn
ing. Miles Kane
Ümumi məlumatlar
Doğum adı Mayls Piter Keyn
Doğum tarixi
Doğum yeri Birkenhed, Mersisayd, İngiltərə
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 2004-cü ildən
Janr indi-rok
Musiqi alətləri Gitara, bas-gitara, saksofon, piano
Albom şirkətləri Columbia, Domino, Virgin EMI
Üzvlüyü
mileskane.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mayls Piter Keyn (17 mart 1986[1][2], Liverpul) — The Last Shadow Puppets qrupunun üzvü kimi tanınan ingilis musiqiçi. O həmçinin 2009-cu ilin avqustunda dağılan The Rascals qrupunun solisti idi.[3]

Keyn hazırda Arctic Monkeys qrupunun solisti Aleks Törner ilə birlikdə qurduğu The Last Shadow Puppets qrupunun üzvüdür, onların ilk albomu The Age of the Understatement 2008-ci ildə, ikinci albomları Everyhting You've Come to Expect isə 2016-cl ildə buraxılıb. Keynin solo debüt albomu Colour of the Trap 9 may 2011-ci ildə, ikinci albomu Don't Forget Who You Are isə 3 iyun 2013-cü ildə yayımlanıb.[4] Onun üçüncü albomu Coup De Grace 10 avqust 2018-ci ildə Virgin EMI səsyazma şirkəti vasitəsilə buraxılıb. Keynin sonuncu buraxılışı Change the Show 21 yanvar 2022-ci ildə işıq üzü görüb.

  1. Deutsche Nationalbibliothek Record #1019111720 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Miles Kane // Discogs (ing.). 2000.
  3. "Rascals Singer Quits". Teletext.co.uk. 5 October 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 March 2015.
  4. "Miles Kane, 'Don't Forget Who You Are'". NME. 21 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2015.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy